Yeni həbs olunanlar olacaq - Gömrüyün broker qanadı budanır

22-05-2018, 18:43           
Yeni həbs olunanlar olacaq - Gömrüyün broker qanadı budanır
Dövlət Gömrük Komitəsi sistemində yeni həsblər gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya sızıb. Redaksiyamıza danışan mənbə iddia edir ki, konkret olaraq zamanında gömrüyün üstündə imiş kimi görünən broker şəbəkəsi ilə bağlı ciddi araşdırmalar aparılmaqdadır ki, bütün bunlar da birbaşa olaraq gömrükdəki yenilənmələrlə bağlıdır.

Mənbənin dia.az-a söylədikləri: "Hələ keçən il prezident İlham Əliyev gömrük sistemi ilə bağlı sərt mövqe ifadə etmi, gömrükdəki problemlərə diqqət çəkmişdi. Tədbirlər gözlənilən idi və baş verməkdədir. Səfər Mehdiyevin DGK-ya təyinatı əslində bir tərəfdən gömrüyün Vergilər Nazirliyinə tabe etdirilməsinin qarşsını aldısa, digər tərəfdən də yenilənmələrin anonsu kimi qəbul edilməli idi. İndi də tədbirlər görülür və daha sərt addımlar atılacaq. Həbslər var və yenə də olacaq,

Mənbə dia.az-a açıqlamasında konkret olaraq gömrüyə bağlı broker sistemində yeni həbs dalğasının müşahidə olunacağını da xüsusi olaraq vurğuladı: "Gözlənilir. Hələliksə araşdırmalar gedir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru