Büdcəyə gələn əlavə milyardlar necə xərclənəcək?

25-05-2018, 12:29           
Büdcəyə gələn əlavə milyardlar necə xərclənəcək?
Hələlik sənəd Milli Məclisə daxil olmayıb, ancaq gələn ay parlamentin növbədənkənar iclasında dövlət büdcəsinə baxılacaq.

Bu sözləri Axar.az-a 2018-ci ilin dövlət büdcəsində gözlənilən dəyişikliklərlə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət büdcəsində gözlənilən dəyişikliklər əsasən dünya bazarında neftin qiymətinin kəskin artması ilə əlaqədardır:

“2018-ci ilin dövlət büdcəsini qəbul edərkən neftin qiymətini 45 dollardan götürmüşdük. Ancaq hazırda neftin qiyməti 80 dolları ötüb. Neftin qiymətində dəyişikliklər olduğu üçün Azərbaycanın dövlət büdcəsinə və Neft Fonduna əlavə gəlirlər daxil olub. Bu da büdcəyə daxil olan əlavə gəlirlərin bölüşdürülməsi məsələsinə baxılmasını labüd edir. Ümumiyyətlə, neftin qiyməti 65-70 dollar səviyyəsində götürülə bilər ki, bu da əlavə 4-5 milyarda yaxın vəsait deməkdir”.

Millət vəkili büdcəyə əlavə ediləcək vəsaitin müəyyən məqsədlər üçün istifadə ediləcəyini vurğulayıb:

“Söhbət bank sisteminin sağlamlaşdırılması, sosial təbəqələrdə, xüsusilə də büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarından, həmçinin sosial layihələrin həyata keçirilməsindən gedir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru