Yeni dünya müharibəsinin anonsu: İki ölkənin qırıcıları Livan səmasında toqquşdular

28-05-2018, 19:39           

İsrail qırıcıları tez-tez Livan hava sahəsinə girərək kəşfiyyat aparır

Livanda Rusiya qırıcıları İsrail qırıcılarının qarşısını kəsib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Rusiya döyüş təyyarələri Livanın hava sahəsində İsrailə aid 2 "F-16" qırıcısının qarşısını kəsib.

İsrailin "Times of Israel" saytında yer alan xəbərə görə, iki ölkə arasında koordinasiya bu səhər pozulub. İsrailin ən böyük televiziya kanallarından olan "Hadashot" da xəbəri təsdiqləyib.

"Al Masdar" internet saytı isə rus qırıcılarının aylardan sonra ilk dəfə Livanın hava sahəsinə daxil olduğunu bildirib.

Ancaq İsrail və Rusiyadan hələ məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

İsrail qırıcıları tez-tez Livan hava sahəsinə girərək kəşfiyyat aparır. İsrail Suriyaya hücumlarının çoxunu da buradan həyata keçirib.

Rusiyanın bölgədəki hərbi güclərini artırdığı 2015-ci ildə Təl-Əviv və Moskva arasında mümkün qarşıdurmanın qarşısını almaq üçün dialoq mexanizmi yaradılmışdı. Ancaq hərbi mənbələr nə İsrailin, nə də Rusiyanın Suriyadakı hücumlarından əvvəl bir-birinə xəbər verdiyini deyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru