4 Livan ermənisi Azərbaycandakı “Cəngavər” düşərgəsində dincəlməyə gəldi - Nə edək, Livana nota göndərək, yoxsa...

6-07-2018, 10:13           
4 Livan ermənisi Azərbaycandakı “Cəngavər” düşərgəsində dincəlməyə gəldi - Nə edək, Livana nota göndərək, yoxsa...
Livanın paytaxtı Beyrutdan gələn 4 erməni Azərbaycanın işğal altındakı Xocavənd rayonunda yaradılmış “Aspet”(ermənicə “Cəngavər”) düşərgəsində dincələcək.

Moderator.az xəbər verir ki, əcnəbi ermənilər qondarma separatçı rejimin “təhsil, elm və idman nazirliyi” adlanan saxta qurumin təşəbbüsü və Livanda fəaliyyət göstərən “Artsax” Fondunun dəstəyi ilə İrəvana, oradan da Dağlıq Qarabağa gəliblər.

Ermənilər Azərbaycan ərazisində “Cəngavər” düşərgəsini artıq 8-ci yaydır ki, təşkil edirlər. Bu dəfə bir həftə ərzində sürəcək düşərgə tədbirləri Xocavənd rayonunun “Ayqestan” adlandırılmış Ballıca kəndində keçiriləcək.

Livanlı ermənilər düşərgədə “qarabağlı” həmayşıdlarıyla ünsiyətdə olacaq, əyləncəli təhsil proqramlarında iştirak edəcək, tarixi-mədəni abidələri gəzəcək, hərbi hissələrə baş çəkəcəklər.

P.S. Nə edək, Livana nota göndərək, yoxsa gələnləri “qara siyahı”ya salaq?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.