Ermənistana arxa duran İranın tör-töküntülərinə... - Bu, sizdə ALINMAYACAQ!

6-07-2018, 17:44           
Ermənistana arxa duran İranın tör-töküntülərinə... - Bu, sizdə ALINMAYACAQ!
"Azərbaycan bir gözdür..." Təbii ki, sevənlərinə... Təbii ki, Azərbaycanın bir DÖVLƏT olaraq ayaqda durması sebməyənlərinin gözünü tökür. Gözləri tökülsün...

2 gün işıq olmadı. Lap elə bundan sonra 2 ay da işıq olmasın. Səbəbdirmi ki, dövlətinin mayasını qazıyasan? Səbəbdirmi ki, içindəki xıltı tökəsən və bu çirkablıqda ləngər vurub dövlətimizi hədəfə alanların nökərinə çevriləsən?

Atam, qardaşım, sənin hansısa məmurdan xoşun gəlməyə bilər... Təbiidir. Təbii insan halıdır. Amma təbii olmayanı, şərəfsizlik olanı DÖVLƏTİNƏ və MİLLƏTİNƏ asi olmaqdır.

İran bəllidir. 40 dəfə qucaqlaşsaq da, bii qorxudan bağırlarına basdıqlarının fərqindəyik. "BÜTÖV AZƏRBAYCAN" ideyası hər zaman başlarının üstündə "Domokl qılıncı" kimi dayanıb. Kəsəcəyik bir gün onları...

Bunu yaxşı bilirlər. Ona görə də bir düşmən olaraq ehtiyatlarını görürlər.

***

Ənənəvi siyasət elmində 3 bəhs var. İngilis, rus və fars siyasəti... İngilislər bəllidir... Hər zaman daimi maraqlarına görə, dostlarını belə satırlarş.. Bu Politologoya Elmində ayrıca bir müddəa olaraq keçir...

Ruslar da aydındır. Daha dəqiqi, siyasət elmində belə xarakterizə olunur: Gözlənilməz addımları ilə... Yəni buna Politologiya elmində "Russkaya tupost" deyirlər... Əslində siyasətçilərin kütlüyü səbəbindən rusun hansı məqamda hansı addımı atacağı hesablana bilmir. Çünki onlar klassik nəzəriyyənin şərtlərini, mədəni dildə desək, pozurlar... Məsələn, kimsə gözləməzdi ki, Rusiya Krıma bir bayraq tanıyıb, onu öz içinə daxil edə bilərdi, bayrağını Kremldə digər daxili avtonomların yanında dalğaıandıracaq. Amma oldu. Bu da hesablanmayan rus siyasətidir...

Fars siaysətinə gəlincə isə burada hiylə və fürsətcillik onəm daşıyır. Onlara - Politologiya Elmi belə deyir - onlara inanmayın. Heç bir halda güvənməyin. Onlar öz maraqları naminə dostlarını təkcə güdaza vermirlər, həm də öz şərəflərini belə satırlar. Onlar hər zaman marıqda yatıblar.

***

Elə də oldu. Mingəçevirdən qaynaqlanan 2 günlük zülmət fars-molla rejimina bir siqnal oldu. Zənn etdilər ki, ölkəni qarışdıra bilərlər. Bizi - hətta bizim daha böyük kəsimimizə - 45 milyonumuza hökmranlıq etmələrinə baxmayaraq - bizi hələ də yaxşı tanlmırlar. Bizim ərəb olduğumuzu zənn etdilər. Düşündülər ki, bir məmura güllə atmaqla ölkəni başdan-başa qarışdıra bilərlər.

Alınmadı və alınmayacaqdı da.

Burası AZƏRBAYCAN, ağayi-mollalar. Burda hansısa İran qaramatı keçməz... Burda DƏDƏ-BABAMIZDAN qalma TÜRK İDARƏETMƏSİ VAR!!!

Buraları qarışdıra bilməniz üçün gərək birinci başınızdakı əmmaməni bir kənara qoyub, təmiz qafa ilə düşünəsiniz. O da hardadır sizdə...

***

Bəli, daha bir sınaqdan keçdik, keçməkdəyik. İran ayaqdadır. Düşmənidr. Ermənin yanında elə dayanıb ki, buynuzlarını görməmək mümkün deyil... Olsun. Yaxşı tanıyırıq. Hansısa məqamda üzünə gülə bilərik. Amma bil ki, qəzəbimiz içimizdədir. Biz Türkük. Politologiya Elminin hələ çözə blmədiyi TÜRK! İlk fürsətdəcə əzəcəyik bu xaraba qalmış İranı. Doğacaq bu xarabalıqdan GÖZƏLİMİZ BÖYÜK AZƏRBAYCAN! Uzaqda deyil...

Siz buranı xaraba qoya bilməyəcəksiniz. Sizin əmmaməli başınız üçün deyil.

Böyük Azərbaycan sevdasıyla,
Məhəmməd ƏRSOY
Dia.az-ın baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.