Dünyaca tanınmış azərbaycanlının oğlu Afrikada öldürüldü

31-07-2018, 21:23           
Dünyaca tanınmış azərbaycanlının oğlu Afrikada öldürüldü
Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur
Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev öldürülüb.

Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir. Bu şəxslər həmin ölkədə qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər.

Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib. Detallar məlum deyil.

52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.
Teref.az və Nurəddin Xoca olaraq Tanrıdan ona rəhmət diləyirik!!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.