Vüsalə Mahirqızı: “39 yaşla bağlı yaxşı bir hesabatım var”

5-08-2018, 12:31           
Vüsalə Mahirqızı: “39 yaşla bağlı yaxşı bir hesabatım var”
Bu gün “APA Holding”in prezidenti Vüsalə Mahirqızının doğum günüdür. Xanım prezidentin 39 yaşı tamam olur.

Bu münasibətlə Paralel.az saytı qısa da olsa Vüsalə Mahirqızının doğum günü təəssüratlarını öyrənib.

“Çox şadam ki, ətrafımda məni sevən, hörmət edən bu qədər insan var. Ailə üzvlərim, iş yoldaşlarım, həmkarlarım, dostlarımın hamısı təbrik edirlər, gözəl sözlər, xoş arzular ünvanlamaqda da davam edirlər. Evdəyəm. Ailəmlə birgə doğum günümü qeyd edəcəm. Yaxşı dostların, insanların əhatəsindəyəm. Doğum günümü təbrik edən hər kəsə minnətdaram. Sağ olsunlar”.

Vüsalə Mahirqızı yaşını deməkdən qorxmadığını bildirib.

“Qadınların çoxu yaşını söyləməkdən çəkinir. 39 yaşımın olduğunu deməkdən qorxmuram. Çünki 39 yaşla bağlı yaxşı bir hesabatım var. Bəzən deyirlər ki, bu həyatda insana insanlar qalmır. Düşünürəm ki, insanların münasibətləri, sevgisi, hətta qəzəbi də çox önəmlidir”

Qeyd edək ki, Vüsalə Mahirqızı 1979-cu ilin bu günü Ucarda anadan olub. Əməkdar journalist olan Vüsalə Mahirqızı “APA Holding” MMC-nin prezidentidir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru