İrəvanın sədaqətinə inanmayan Moskva Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirir -erməni mediası

3-09-2018, 13:15           
İrəvanın sədaqətinə inanmayan Moskva Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirir -erməni mediası
Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşü Ermənistanda olduqca mənfi reaksiyalara səbəb olub.

Maraqlıdır ki, dünənə qədər Serj Sərkisyan hakimiyyətini Rusiyayönümlü siyasətinə görə tənqid edən bir çox “qərbpərəst” analitiklər indi eyni ittihamları, əks istiqaməti tutduğu üçün Paşinyana qarşı yönəldiblər.

Ermənistanın Paşinyanın tərəfini tutan 1-ci informasiya saytında dərc olunan təhlil xarakterli yazı bu qəbildəndir.

Yazı müəllifi S. Artsruni baş nazir Nikol Paşinyanı avqustun 17-də İrəvanda keçirdiyi çoxminlik mitinqdə Rusiya və Ermənistan arasında humanitar sahədə böyük inkişafdan dəm vurduğunu, lakin Moskva tərəfindən hələ bunun hər hansı təsdiqinin gəlmədyini bildirir.

Əvəzində isə Rusiya və Azərbaycan prezidentlərinin Soçi zirvəsində müxtəlif sahələri əhatə edən 16-dan çox sazişi imzaladıqları vurğulanır.

Yazıda Putinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı sözlərinə yer verilərkən, Azərbaycan prezidentinin iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi haqqında fikirləri xüsusi vurğulanıb.

“İlham Əliyevin bəyanatı onu göstərir ki, rəsmi Moksva Paşinyanın müttəfiqliklə bağlı dediklərinə ciddi yanaşmayıb. Xüsusilə “məxməri inqilab”dan sonra hamı gözləyirdi ki, Rusiya Ermənistanın KTMT və Avrasiya İttifaqı kimi təşkilatlara bağlılığını saxlamaq üçün İrəvanın bəzi istəklərinə cavab verə bilər. Lakin Ermənistanın Rusiyaya yönəlik alternativsiz və birvektorlu siyasəti nəinki effekt verə bildi, hətta iki ölkə arasında münasibətlərdə dərin böhrana yol açdı. Budur, bir yandan Lavrov İrəvana qaşrı sərt bəyanatlar verir, digər yandan isə Putin nümayişkaranə surətdə Robert Köçəryana zəng vurub, onu ad günü münasibətilə təbrik edir. Bununla Kremlin sahibi Ermənistanın yeni iqtidarına qarşı inamsızlığını göstərir”.

Müəllif bu cür konteksdə Moskva və Bakı arasnda münasibətlərin dinamik inkişafının Ermənistan üçün təşvişdoğurucu olduğunu qeyd edir.

Məqalədə Azərbaycanın KTMT-yə üzv olmaq perspektivi mövzusuna da toxunulub. Müəllif bu məsələnin iki ölkə prezidentinin mətbuat konfransında heç dilə gətirilmədiyini qeyd edərək, bunu Azərbaycanın praqmatik siyasət yürütməsinə bağlayıb. “Bakı zatən Moskvadan istədiyni ala bilir və gözəl başa düşür ki, KTMT-yə üzvlük yeni imkanlar açmaq yerinə onun əl-qolunu bağlayacaq.

Yazıda rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Sergey Markedonovun fikirlərinə yol verib: “Heç bir KTMT falan olmayacaq. Bakı və Avrasiya NATO-su bundan sonra paralel kurslarla hərəkət edəcəklər. Azərbaycan Qarabağı özünə qaytarmayan heç bir əməkdaşlıq haqqında sazişi yaxına belə buraxmaq istəmir və ya bu məsələdən yan keçir”.

Müəllif ən sonda gəldiyi nəticədə Paşinyanı hazırkı Rusiya-Ermənistan münasibəltərində yaranan böhranı aradan qaldırmağa və birvektorlu istiqamətdən vaz keçməyə çağırıb. “Çünki bu böhranın əsas benefiziarı Azərbaycan olacaq, hər şey isə Qarabağ probleminin başı üstündə həlrənir”...
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.