Eldar Əzizovdan Bakı ilə bağlı xüsusi tapşırıq

3-09-2018, 17:38           
Eldar Əzizovdan Bakı ilə bağlı xüsusi tapşırıq
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Eldar Əzizov paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən elementlərin yığışdırılması ilə bağlı tapşırıq verib.

Teref.az xəbər verir ki, “Report”un BŞİH-dən əldə etdiyi məlumata görə, tapşırığa əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları sökülür.

Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırılır.

Hazırda bu istiqamətdə işlər əsasən Yasamal, Nərimanov və Nizami rayonları ərazisində aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru