İlham Əliyevin qara siyahısı - 2 nazir, 1 QSC sədri

2-10-2015, 15:12           

Parlament seçkisindən dərhal sonra, hətta ola bilsin ki, seçkiyə qədər 2 nazir və bir iri ranqlı məmur vəzifəsi ilə vidalaşacaq. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın çevrələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, prezidentin qara siyahısında ilk yeri xarici işlər naziri Elmar Məmmədyarov tutur: “Səfir Arif Məmmədovun “qiyamçı” hərəkətlərinin bədəlini Məmmədyarov ödəməli olacaq. Ümumiyyətlə, diplomatik korpusda ciddi islahatlar gözlənilir. İslahatları isə yeni nazir aparmalı olacaq.”

Mənbənin sözlərinə görə, nəqliyyatr naziri Fazil Məmmədov da prezidentin qara siyahısına daxildir: “Son müşavirədə prezident İlham Əliyevin nəqliyyat sistemində ciddi problemlərin olmasından danışdı. Ardınca isə Z.Məmmədovun səlahiyyətləri əlindən alındı. Bu artıq Z.Məmmədovun etimad limitinin bitməsinə işarə idi”.

Mənbə bildirir ki, Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov da postunu itirəcək: O artıq de-fakto karyerasını bitirib. Onunla bağlı fərman an məsələsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru