Samir Şərifovdan göz aydınlığı: - "Bəzi vergi güzəştləri məhdudlaşdırıla və yaxud tam ləğv edilə bilər"

2-10-2015, 20:21           
Samir Şərifovdan göz aydınlığı: - "Bəzi vergi güzəştləri məhdudlaşdırıla və yaxud tam ləğv edilə bilər"
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştləri yenidən baxılaraq məhdudlaşdırıla və yaxud tam ləğv edilə bilər.

"APA-Economics"in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

"2016-cı il və sonrakı 3 il ərzində qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştlərinə yenidən baxaraq onların məhdudlaşdırılması və yaxud tam ləğv edilməsi, eyni zamanda ictimai iaşə, ticarət, inşaat sektorunda tətbiq edilən vergilərin, mövcud vergilərin sadələşdirilməsi və bunun hesabına sahibkarlığın fəallığına əlavə təkan verərək dövlət büdcəsinə gəlirlərin artırılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu, büdcə-fiskal siyasətinin əsas prioritetlər sırasına daxil olan tədbirlər olacaq. Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması hesabına əlavə tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin həyata keçirilməsinə yardım edəcək", - deyə nazir vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.