Ziya Məmmədovun bacısı da işdən çıxarıldı

4-10-2015, 20:18           

Nəqliyyat naziri Ziya Məmmədov daha bir zərbə alıb. İstiqlal.az saytına daxil olan məlumata görə, nazirin bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.

Məhbubə Məmmədovanın işdən çıxarılması təhsil naziri Mikayıl Cabbarovun özfəaliyyəti ola bilməz.

Məlumata görə, bu barədə tapşırıq "yuxarılar"dan gəlib və Məhbubə Məmmədovanın işdən çıxarılması Ziya Məmmədovun "vurulması" prosesinin tərkib hissəsidir. Bundan əvvəl isə Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb, yaxın vaxtlarda "Azəryolservis"lə də bağlı analoji addım atılacaq.

Bəzi məlumatlara görə, parlament seçkilərindən sonra ümumiyyətlə Nəqliyyat Nazirliyi ləğv ediləcək, onun yerdə qalan səlahiyyəti İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Bundan başqa Ziya Məmmədovun oğlu Anar Əliyevin ölkədən qaçdığı bildirilir. Nazirin qardaşı Elton Məmmədovla, qardaşının qudası Tənzilə Rüstəmxanlı isə parlament seçkilərindən kənarda qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru