Beynəlxalq Müəllim günü Nəsimi rayonunda qeyd olundu - FOTOLAR
5-10-2015, 11:44
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 saylı tam orta məktəbdə Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə ənənəvi toplantı keçirilmişdir.
DİA.AZ xəbər verir ki, toplantıda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.
Son 4 il ərzində Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunmuş, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunmuşdur. Bu il sentyabr ayınının 10-da Prezident İlham Əliyev Nəsimi rayonunudakı Texniki Humanitar Liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin müavfiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Nəsimi rayonunun təhsil müəssisələri üzrə 4 orta, 5 uşaq bağçasının və 1 Uşaq Yaradıcılıq Mərkəzinin əsaslı təmiri nəzərdə tutulmuşdur. Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb keçən il əsaslı təmir olunmuş, bu il məktəbin qəzalı idman zalı sökülərək 10 yeni sinif otağı daxil olmaqla yeni idman zalı tikilib istifadəyə verilmişdir. Həmçinin 174 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, 147 saylı uşaq bağçasında aparılan təmir başa çatmaq üzrədir.
Yay tətili zamanı rayonun bütün orta məktəblərdə cari təmir işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü biruzə verir.
2014-2015-cü təhsil ilinin yekununa görə 5 məzun qızıl medala layiq görülmüşdür.
Bu il 1532 nəfər bitirib, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.
Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur.
2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 4 məzun Prezident təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Nəsimi rayonundan 3 nəfər “Tərəqqi medalı” ilə, 1 nəfər isə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.