Ölkədən manat çıxarılması ilə bağlı qaydalar dəyişir

8-10-2018, 21:47           
Ölkədən manat çıxarılması ilə bağlı qaydalar dəyişir
Milli valyutanın Azərbaycandan xaricə və xaricdən Azərğaycana gətirilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

Bu, prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında fərmanında nəzərdə tutulur.

Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, NK və Azərbaycan Mərkəzi Bankı rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə ölkədən çıxarılması və ölkəyə gətirilməsi zamanı bəyan edilməsi qaydasını müəyyən etsin.

Maraqlıdır ki, bu qaydanın müəyfyən edilməsi üçün cəmi 3 gün vaxt verilib: «Üç gün müddətində zəruri tədbirlər görüb bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər»-deyə fərmanda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru