BVF-dən Azərbaycanda inflyasiya üzrə proqnoz

9-10-2018, 14:32           
BVF-dən Azərbaycanda inflyasiya üzrə proqnoz
Beynəlxalq Valyuta Fondu (BVF) yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb.

Teref.az-ın məlumatına görə, bu barədə “World Economic Outlook”un hesabatında deyilir.

Proqnozlara əsasən, 2018-ci il üçün Azərbaycanda inflyasiya 3,5 faiz, 2019-cu ildə 3,3 faiz, 2023-cü ildə 3 faiz təşkil edəcək.

Azərbaycanda inflyasiya MDB regionunda ən aşağı səviyyədə olub.

Qeyd edək ki, aprel ayında BVF Azərbaycanda inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-cu ildə 6 faiz, 2023-cü ildə 4 faiz təşkil edəcəyini proqnozlaşdırmışdı./Trend/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru