Mehriban Əliyeva anasının məzarını ziyarət etdi

11-10-2018, 07:52           
Mehriban Əliyeva anasının məzarını ziyarət etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva anası Aida xanımın məzarını ziyarət edib.

Axar.az xəbər verir ki, 10 oktyabr Aida xanımın doğum günüdür.

Qeyd edək ki, müasir ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan Aida İmanquliyevanın adı tarixə ilk müsəlman qadın şərqşünas və ərəbşünas alim, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısı kimi düşüb. Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Aida xanım öz istedadı və əməksevərliyi sayəsində keçmiş Sovet İttifaqında müasir ərəb ədəbiyyatı üzrə dəyərli mütəxəssislərdən biri kimi tanınıb.

Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub, fundamental tədqiqatları ilə dünya şərqşünaslığını xeyli zənginləşdirib. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən biri olub.

Aida xanım 1992-ci il sentyabrın 19-da 52 yaşında dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru