Badamdar sakinlərinə XƏBƏRDARLIQ: “EVİNİZİ TƏRK EDİN!” - Sürüşmə zonasından son FOTOLAR

12-10-2018, 14:57           
Badamdar sakinlərinə XƏBƏRDARLIQ: “EVİNİZİ TƏRK EDİN!” - Sürüşmə zonasından son FOTOLAR
Bakıda Badamdar - 20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Eyni zamanda, 2013-cü ildə tikilən istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var.

Sürüşmə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Səbail rayon İcra Hakimiyyəti dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edib./trend/

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru