“Vaxt var idi, mitinq dağıdırdı, indi demokrat olub?!”

21-04-2015, 12:52           
“Vaxt var idi, mitinq dağıdırdı, indi demokrat olub?!”
“Vaxt var idi, Hüseyn Abdullayev hakimiyyətin alovlu təbliğatçısı idi. Bu iqtidarın hesabına böyük var-dövlət əldə etdi. İndi mövqelərini itirib, başlayıb, uzun illər xidmət etdiyi düşərgəyə dönük çıxmağa”.

Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.

Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Hüseyn Abdullayev öz “facebook” hesabında növbəti dəfə hakimiyyətin ünvanına kəskin ittihamlar səsləndirib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli hesab edir ki, Hüseyn Abdullayev itirdiklərini geri qaytarmaq istəyir:

“Vaxtilə o, iqtidarda, biz isə müxalifətdə olanda, onu aidiyyatı olmadığı halda mitinqləri zorakı yollarla dağıtmaqda ittiham edirdik. Bu adama “Quska” adı vermişdilər və o, xüsusi amansızlığı ilə seçilirdi. İndi durub onun insan azadlığından danışması, demokratiya mübarizəsi aparması o qədər gülünc görünür ki, yəqin, özü də öz söylədiklərinə inanmır. “Quska” milli maraqlar uğrunda yox, öz şəxsi maraqları uğrunda mübarizə aparır. O, cəmiyyətdən nə indi, nə də bundan sonra heç bir dəstək almayacaq. Vaxtilə mən də müxalifətçi olmuşam. Amma heç zaman keçmişimdən imtina etməmişəm. O, isə edir. Keçmişindən imtina edənləri cəmiyyət bağışlamır və “Quska”nın müxalifətçi olaraq siyasi mübarizəsi heç bir nəticə verməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.