Azərbaycanda “donuz qripi”nin olması rəsmən təsdiqləndi - Video

1-02-2019, 12:23           
Azərbaycanda “donuz qripi”nin olması rəsmən təsdiqləndi - Video
Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A (H1N1) virusu təsdiqlənib.

MİA.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib. O bildirib ki, 16 nəfərin virusa yoluxması bu nəticələrə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib.

"Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var. Mövsümi qrip müşahidə edilir. A(H1N1) virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir".
Qeyd edək ki,A/H1N1 virusu başqa adla"Donuz qripi" kimi tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru