Bank sistemi tam çökə bilər- VAHİD ƏHMƏDOV HƏYƏCAN TƏBİLİ ÇALDI

1-02-2019, 16:28           
Bank sistemi tam çökə bilər- VAHİD ƏHMƏDOV HƏYƏCAN TƏBİLİ ÇALDI
Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.

Gununsesi.org-un xəbərinə görə, Milli Məclisin ilk iclasında çıxış edən deputat vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb: “Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar””.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru