Keçmiş vampir Moskvada həkim işləyirmiş - Dostunu qurban kəsib, qanını içib

1-02-2019, 16:49           
Keçmiş vampir Moskvada həkim işləyirmiş - Dostunu qurban kəsib, qanını içib
Moskva sakini Boris Kondraşin 16 yaşında olarkən qətl törətməkdə ittiham olunaraq, 10 il həbs cəzası alıb.

İstintaq zamanı məlum olub ki, o, okkultizmlə maraqlanırmış və dostunu qurban kəsərək, qanını içib. Cəzasını psixiatriya xəstəxanasında məcburi müalicə olunaraq keçirib.

Teref.az virtualaz.org-a istinadən xəbər verir ki, xəstəxanadan çıxdıqdan sonra Boris Kondraşin saxta həkim diplomu alıb və Moskvanın xəstəxanalarından birində həkim işləməyə başlayıb.

Bu yaxınlarda xəstəxana rəhbərliyi əməkdaşların şəxsi işlərini araşdırarkən bu fakt üzə çıxıb. Kondraşin sənədlərin saxtalaşdırılmasına və... qanunsuz narkotik dövriyyəsinə görə iki ay müddətinə həbs olunub. Cinayət işi üzrə istintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru