Vladimir Putin ABŞ-la danışıqlara məhdudiyyət qoyub

2-02-2019, 17:49           
Vladimir Putin ABŞ-la danışıqlara məhdudiyyət qoyub
Rusiya Prezidenti Vladimir Putin ABŞ-la silahsızlaşdırılma məsələsinə dair danışıqlara başlamamağı tələb edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu istəyini xarici işlər və müdafiə nazirləri ilə keçirdiyi görüşdə səsləndirib.

“Bu sahədə bütün təkliflərimiz əvvəlki kimi qüvvədə qalır, danışıqlar üçün qapılarımız açıqdır”, – deyə V.Putin qeyd edib.

Bununla belə, Rusiya Prezidenti yerüstü orta mənzilli səsdən iti raket yaratmaq işlərinə başlanmasına dair Müdafiə Nazirliyinin təkliflərinə razılıq verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru