Rusiyada azərbaycanlı biznesmeni güllələdilər - FOTO

2-02-2019, 18:25           
Rusiyada azərbaycanlı biznesmeni güllələdilər - FOTO
Ruslan Hüseynov aldığı beş güllə yarasından yerindəcə həyatını itirib

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Hüseynov Ruslan Arif oğlu
Sputnik Azərbaycan "Report”a istinadla xəbər verir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib. R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.

İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.