Rusiyanın Tacikistandakı hərbi bazasında partlayış baş verib

4-02-2019, 08:09           
Rusiyanın Tacikistandakı hərbi bazasında partlayış baş verib
Tacikistanın Mərkəzi hərbi dairə komissiyası və hüquq-mühafizə orqanları Rusiya hərbi bazası ərazisində mülki şəxsin hansı şəraitdə həlak olmasını müəyyənləşdirir.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, qadağan olunmuş poliqon ərazisinə daxil olmuş naməlum şəxs metall qırıntıları axtaran zaman partlamamış döyüş sursatının partlaması nəticəsində ölüb.

Hadisənin baş verdiyi 201-ci hərbi baza Rusiyanın xaricdəki ən böyük hərbi obyektidir. O, 2042-ci ilə qədər Tacikistanda mövcud olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru