Kanadada qatar relsdən çıxıb, ölənlər var - FOTO

5-02-2019, 07:51           
Kanadada qatar relsdən çıxıb, ölənlər var - FOTO
Kanadada yük qatarı relsdən çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbindəki Britaniya Kolumbiyası vilayətində, Fild şəhərinin şərqində baş verib. İlkin məlumata görə, relsdən 40-dək vaqon çıxıb. Qəza zamanı 3 nəfər ölüb. Onlardan 2-i maşinistlər, 1-i isə mühəndis heyətinin üzvüdür.

Qatarın aid olduğu CP şirkətinin nümayəndələri bildirib ki, vaqonlardakı yük təhlükəli deyilmiş. Kanadanın Nəqliyyatda Təhlükəsizlik Şurası qəza ilə bağlı təhqiqata başlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru