Putin məmnundur: Bu raket bütün ABŞ-ı məhv edə bilər

5-02-2019, 08:34           
Putin məmnundur: Bu raket bütün ABŞ-ı məhv edə bilər
Rusiya Prezidenti Vladimir Putin "RS-28 Sarmat" qitələrarası raketi ilə bağlı görülən işlərdən məmnun qalıb.

Axar.az xəbər verir ki, bu barədə danışan Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu Putinin raketin döyüş vəziyyətinə gətirilməsi üçün görülən hazırlıqlara xüsusi maraq göstərdiyini deyiblər.

Ötən həftə Rusiyanın "Arsenal Oteçestva" jurnalının hərbi eksperti Aleksey Leonkov "Sarmat"la bağlı məqaləsində qeyd edib ki, ABŞ-ın bütün əhalisinin məhv edilməsi üçün 10 ədəd "RS-28 Sarmat" qitələrarası balistik raket yetərlidir.

Qeyd edək ki, sözügedən qitələrarası raketin bu ilin ikinci yarısından sınaqlarına başlanacağı gözlənilir. Sınaqların tam olaraq 2020-ci ildə başa çatdırılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru