Azərbaycanlı biznesmenin qətlinin dəhşətli səbəbi

5-02-2019, 16:13           
Azərbaycanlı biznesmenin qətlinin dəhşətli səbəbi
Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunun qətli sifarişli olub.

Teref.az oxu.az-a istinadla xəbər verir ki, qatil peşəkarcasına hərəkət edib. İlkin ehtimallarda qətlin şəhərin Plesetsk və Karqopolsk rayonlarında gedən meşə sahələrinin yenidən bölüşdürülməsi ilə bağlı olduğu bildirilib.

Biznesmenin qatili bu gün Boronej şəhərindəki evlərdən birində ələ keçib. Polis bölməsinə gətirilən 47 yaşlı kişi cinayəti etiraf edib.

Qeyd edək ki, əslən Azərbaycanın Ağdaş rayonundan olan R.Hüseynov yanvarın 31-dən fevralın 1-nə keçən gecə güllələnərək qətlə yetirilib. Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə keçinib. Onun cəsədi öldürüldüyü gün Karqopolsk rayonunda tapılıb.

R.Hüseynov bu gün doğulduğu Ağdaş rayonunun Şordəhnə kənd məzarlığında dəfn edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru