Şamaxıda güclü zəlzələ: İnsanlar küçələrə axışdı - Yaralananlar var (VİDEO)

6-02-2019, 07:27           
Şamaxıda güclü zəlzələ: İnsanlar küçələrə axışdı - Yaralananlar var (VİDEO)
Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

Teref.az -ın "Report"-a istinadən məlumatına görə, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.


Zəlzələnin ardınca Şamaxı rayonunda insanlar küçələrə axışıb.

Hadisə zamanı çəkilmiş görüntüləri sizə təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru