Azərbaycana dəhşətli soyuqlar gəlir? - VİDEO

7-02-2019, 20:09           
Azərbaycana dəhşətli soyuqlar gəlir? - VİDEO
Paytaxtda və bölgələrdə hava temperaturu ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Lakin bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunacaq.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Rusiyanın Xabarovsk əyalətindəki mənfi 50 dərəcə ilə ölçülən rekord soyuqlara səbəb olan siklonun ölkəmizə daxil olma ehtimalına münasibət bildirərkən deyib. O bildirib ki, bu gün müşahidə olunan küləkli hava şəraiti sabah da davam edəcək:

“Sabah paytaxtda şimal-qərb küləyi güclənəcək. Sonrakı günlərdə isə hava şəraitində ciddi dəyişiklik olmayacaq. Mülayim cənub şərq-küləyi müşahidə olunacaq. Havanın temperaturu fevralın 9-u və 10-da 7-9 dərəcə arasında dəyişəcək. Bölgələrdə isə 8-i axşamdan birinci ongünlüyün sonunadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv xarakter olacağı ehtimal olunur”.

Qeyd edək ki, Rusiyanın Xabarovsk əyalətinin Verxnebureinsk rayonunda bu gecə 50 dərəcə, Komsomolsk-Amurda isə 43 dərəcə şaxta qeydə alınıb. Xabarovsk hidrometeoroloji bürosu temperaturun iqlim normasından 10 dərəcəyə qədər aşağı olduğunu və bunun sözügedən əyalət üçün xarakterik olmadığını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru