ADA Universiteti ilə bağlı vacib Fərman imzalandı

8-02-2019, 00:38           
ADA Universiteti ilə bağlı vacib Fərman imzalandı
Universitetin tərkibinə institutlarla yanaşı, kolleclər daxil edilir

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə ADA Universiteti həm də orta ixtisas təhsili üzrə kadr hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi hesab olunacaq.

Universitetin tərkibinə institutlarla yanaşı, kolleclər daxil edilir.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri üç ay müddətinə həll etmək tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru