"Twitter" Donald Trampın paylaşımını silib

18-02-2019, 07:24           
"Twitter" Donald Trampın paylaşımını silib
"Twitter" müəllif hüquqlarının pozulmasına görə ABŞ prezidenti Donald Trampın paylaşımını silib.

Bu barədə "Report" "Gazeta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, Tramp "Twitter"də videogörüntü paylaşıb. Görüntüdə demokratların Konqresdə onun çıxışına reaksiyası əks etdrilib. Demokratlar görüntüdə gülməli vəziyyətdə nümayiş etdirilib.

Videoyazıda R.E.M rok qrupunun "Everybody Hurts" mahnısından istifadə edilib. Qrup üzvləri paylaşıma mənfi reaksiya veriblər.

Daha əvvəl bildirilib ki, ABŞ Prezidenti Donald Trampın seçkiqabağı qərərgahının keçmiş müşaviri Rocer Stonunun “WikiLeaks” portalının nümayəndəsi ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.