"Qalatasaray"ın hücumçusu jurnalistə hücum etdi: "Səni məhv edəcəyəm"

24-01-2025, 16:28           
"Qalatasaray"ın hücumçusu jurnalistə hücum etdi: "Səni məhv edəcəyəm"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen jurnalistə hücum edib.

Bu barədə "Posta" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, nigeriyalı futbolçu dostları ilə birlikdə İstanbulda gecə klubundan çıxarkən kameralara tuş gəlib. Jurnalistə müraciət etdikdən sonra Osimhen fiziki zorakılığa əl atıb.

"Osimhen oradan çıxarkən üç həmkarımla onun şəkillərini çəkirdik. Kameraların işıqları sönəndən sonra o, özündən çıxdı. O, qışqıra-qışqıra mənə tərəf qaçdı və kameranı əlimdən almağa çalışdı. Ona icazə vermədim, buna görə də məni vurdu. Sonra söyüş söyməyə başladı: "Sil bu şəkilləri, pulunu verəcəyəm". Məndən imtina cavabı aldıqdan sonra o, "Səni məhv edəcəyəm" dedi", - jurnalist Tolqa Bozduman bildirib.

Qeyd edək ki, bu məlumatla bağlı nə "Qalatasaray", nə də Osimhen özü açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru