Alimlər arıqlamağa kömək edən stimul aşkar ediblər

Bu gün, 12:08           
Alimlər arıqlamağa kömək edən stimul aşkar ediblər
Kök insanlar, adətən, arıqlamaqda çətinlik çəkirlər.
JAMA jurnalında dərc olunan yeni araşdırmada elm adamları kişilərin arıqlamasına kömək edə biləcək maddi həvəsləndirici üsulları araşdırıblar. Məlum olub ki, maddi stimullaşdırıcı mətn mesajları güclü motivasiya vasitəsidir. Təcrübədə orta yaşı 50,7 olan 585 kök kişi iştirak edib. Onlar təsadüfi olaraq üç qrupa bölünüblər.Araşdırma nəticələri göstərib ki, maddi həvəsləndirici mesajlar alan qrup ən çox çəki itirənlər olub. Onlar 12 ay ərzində bədən çəkilərinin orta hesabla 4,8%-ni (5,7 kq) itiriblər. Bu nəticə yalnız mətn mesajları alan qrupda 2,7% (3 kq), nəzarət qrupunda isə 1,3% (1,5 kq) olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.