Hindistan ABŞ-dakı sənədsiz hindistanlıların geri qayıtması təklifinə açıq olduğunu bildirir

Bu gün, 17:14           
Hindistan ABŞ-dakı sənədsiz hindistanlıların geri qayıtması təklifinə açıq olduğunu bildirir
Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Yeni Delhinin ABŞ-da sənədsiz hindistanlıların geri qayıtmasına hazır olduğunu bəyan edib. Onun şərhləri Vaşinqtonda ABŞ-ın xarici işlər naziri Marko Rubio ilə qeyri-qanuni immiqrasiya müzakirə olunan məsələlərdən biri olan görüşdən sonra səsləndirilib.

Yeni Delhinin qeyri-qanuni miqrasiyaya qəti şəkildə qarşı olduğunu deyən nazir jurnalistlərə bildirib:

"Biz həmişə belə bir fikirdə olmuşuq ki, əgər burada qeyri-qanuni yaşayan vətəndaşlarımız varsa, və biz onların bizim vətəndaşlarımız olduğuna əminiksə, biz həmişə onların Hindistana qanuni qayıdışına açığıq".

Onun sözlərinə görə, bu, Hindistanın hər bir ölkə ilə tutduğu mövqedir.

Caişankar Rubio ilə görüşündən bir gün sonra çərşənbə günü Vaşinqtonda mətbuat konfransında çıxış edib.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra qeyri-qanuni mühacirətin qarşısını almaq və ABŞ-da qeyri-qanuni olanların deportasiyasını nəzərdə tutan sərəncamlar verib.

Pew Araşdırma Mərkəzinin məlumatına görə, hindistanlılar 2022-ci ildə Meksika və El Salvadordan sonra ABŞ-da üçüncü ən böyük icazəsiz immiqrantlar qrupunu təşkil edir. Onların sayının 725 min olduğu təxmin edilir.

Analitiklər Hindistanın qeyri-qanuni hindistanlı miqrantların ABŞ-a qayıtmasını asanlaşdıran fəal mövqeyini Yeni Delhinin ticarət və tariflər də daxil olmaqla, daha mürəkkəb məsələləri həll etməyə hazırlaşdığı bir vaxtda Tramp administrasiyasının əsas narahatlığını həll etmək üçün atılan addım kimi görürlər.

Caişankar Yeni Delhinin hazırda deportasiya oluna bilənlərin şəxsiyyətini yoxladığını və qeyri-qanuni miqrantların dəqiq sayını müəyyən etmək mümkün olmadığını deyib.

Bloomberg bu həftənin əvvəlində məsələ ilə tanış olan insanlara istinadən xəbər verib ki, Birləşmiş Ştatlar vətənlərinə göndəriləcək təxminən 18 min sənədsiz hindistanlı miqrantı müəyyənləşdirib. Hindistan tərəfi bunu təsdiqləyəcək və deportasiya prosesi başlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.