Pentaqonun yeni rəhbəri ziyalı və güclü iş adamıdır

Bu gün, 16:18           
Pentaqonun yeni rəhbəri ziyalı və güclü iş adamıdır
ABŞ-da hakimiyyətin dəyişməsindən sonra xarici siyasətdəki gələcək addımlar barədə dəqiq proqnoz vermək çətin olduğundan, Rusiya hadisələrin istənilən inkişafına hazırdır.
Pentaqonun yeni rəhbərinin tərcümeyi-halı həmişə ABŞ-ın yeni prezidentinin "niyyətlərinin heroqlifi" olub və bu mənada müdafiə naziri vəzifəsinə namizəd, 45 yaşlı Pit Heqsetin şəxsiyyəti çox mənalıdır.
Yanvarın 21-də ABŞ Senatının müvafiq komitələri Pit Heqsetin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib. Mühafizəkar teleaparıcı Harvard və Prinstonda humanitar universitet təhsili alıb. Ehtiyatda olan mayor ABŞ Milli qvardiyasının tərkibinda Quantanamo, İraq və Əfqanıstanda xidmət edib. Lakin generallar və hərbi sənaye kompleksinin rəhbərliyi ilə əlaqəsi yoxdur. Dövlət idarəçiliyində ciddi təcrübəsi olmayan Heqset, Pentaqonun xərclərinin geniş miqyaslı auditinin tərəfdarı, Kiyevə sonsuz hərbi yardımın əleyhidarıdır. 2024-cü ildə teleaparıcı kimi o, Ağ Evi Moskvanı nüvə silahından istifadəyə sövq etməməyə çağırırdı.
Pit Heqset NATO müttəfiqlərini müdafiə xərclərinin azlığına görə tənqid edir və İsrailin Yaxın Şərqdəki hərəkətlərini dəstəkləyir. Çinin "ABŞ-ı məğlub etmək üçün xüsusi ordu hazırladığını" düşünür. Dörd kitab müəllifidir. "Döyüşçülərə qarşı müharibə: azadlığımızı qoruyanların xəyanətinin arxasında nələr var" (2024) adlı sonuncu kitabı Trampın kadr qərarlarında xüsusi rol oynayıb. Gender baxımdan ənənəçi olan Pit Heqset üç dəfə evlənib, yeddi övladı var.
Dünən Pentaqonun müvəqqəti rəhbəri təyin edilən Robert Seylsesin tərcümeyi-halı da çox şeydən xəbər verir. Təqaüddə olan Dəniz Piyadaları korpusunun zabiti özünü uğurlu iqtisadçı və idarəçi kimi göstərib, "ildə təxminən 1,2 milyard dollarlıq resursları" idarə edib. Satınalmalar üzrə məsul Qari Eşvort Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən təyin edilib. Bu təyinatlar onu deməyə əsas verir ki, Donald Tramp uzun müddətdir davam edən Ukrayna münaqişəsində dolaşmış Pentaqon təsərrüfatının (arsenallarının) yoxlanılmasını prioritet vəzifə hesab edir.
Daha əvvəl senator Berni Sanders bildirib ki, ABŞ-ın müdafiə büdcəsi israfçılıq və saxtakarlıq səbəbindən şişib, Pentaqon yeddinci ardıcıl auditində uğursuzluğa düçar olub və "milyardlarla dolların izini" itirib. Yanvarın 20-dən sonra Müdafiə Nazirliyinin Ukrayna ilə əlaqələrə görə cavabdeh olan rəsmiləri kütləvi şəkildə işdən çıxarılıb və ya öz xoşu ilə çıxıb. Kiyevə hərbi yardımda "satınalma saxtakarlığı, məhsulun dəyişdirilməsi, oğurluq və ya korrupsiya" ilə bağlı 50-dən çox cinayət işi araşdırılır.
Proqnozlaşdırılan gözlənilməzlik
Yeni dövlət katibi Marko Rubio Ukraynadakı münaqişəyə son qoymağı ABŞ-ın prioriteti adlandırıb. Eyni zamanda, Vaşinqton başa düşür ki, sülh yolu ilə nizamlanmaya tezliklə nail olmaq mümkün deyil.
Bu hekayədə ümidverici olan yeni Ağ Ev administrasiyasının hərbi xərclərə praqmatik yanaşması və anti-Rusiya "şahinlərini" ABŞ prezidentinin yaxın çevrəsindən kənarda qoymasıdır. Xatırladaq ki, Donald Tramp "ilk gəlişində" (2016-cı ildə) müdafiə naziri vəzifəsinə bir çox müharibələrin "sərt" veteranı, Dəniz Piyadaları korpusunda 40 ildən çox xidmət etmiş Quduz köpək ləqəbli Ceyms Mettisi təyin etmişdi. General Mettis "Putin siyasətinin və ümumilikdə Rusiyanın qatı əleyhdarı" kimi reputasiyaya malik idi. Lakin tezliklə o xarici siyasətdə impulsiv olan Tramp üçün (Suriyaya raket zərbələrini, Kiyev rejimi üşün silah təchizatı, və çoxlu sayda anti-Rusiya sanksiyalarını xatırlayın) əlverişsiz oldu. Bu onun çox ehtiyatlı və ya müstəqil olması ilə izah olunurdu.
Digər tərəfdən, ABŞ-ın yeni administrasiyası Ukrayna Silahlı Qüvvələrinə Amerika silahlarının tədarükünün nə dayandırılacağını, nə də davam etdiriləcəyini istisna etmir. O da mümkündür ki, şərtlərinin sirləri hələ açılmamış Moskva ilə danışıqlar Amerika ssenarisi üzrə getmədiyi halda, yeni anti-Rusiya sanksiyaları tətbiq oluna bilər. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xatırladıb ki, proqnozlaşdırıla bilən yeganə şey Amerikanın daxili və xarici siyasətinin gözlənilməzliyidir. Qrenlandiya, Kanada, Meksika, Panama kanalını əldə etmək/fəth etmək və Çin Tayvanını Çindən "qorumağın" davam etdirilməsi kimi ekzotik planlar da daxil olmaqla.
Donald Trampın seçkiqabağı şüarı: "Amerikanı yenidən möhtəşəm edək" və ya ABŞ-ı "qızıl əsrə" aparacağını vəd etməsi müasir çoxqütblü dünyanın reallıqlarını, planetdəki qonşuların iqtisadi maraqlarını və başqa ölkələrdə yaşayan təxminən səkkiz milyard insanı heç nəzərə almır. Təbii ki, Trampın "ikinci gəlişində" Pentaqon da Sərhədsiz Həkimlər (Médecins Sans Frontières) kimi humanitar təşkilata çevrilməyəcək.
Bu gün Rusiya hadisələrin istənilən inkişafına hazırdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.