Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI

25-01-2025, 00:04           
Azadlığa buraxılan tiktoker yenidən SAXLANILDI
"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanov yenidən polis tərəfindən saxlanılıb.

R.Süleymanov 2023-cü il noyabrın 27-də saxlanılaraq, 45 sutka həbs cəzası almışdı. Yanvarın ikinci ongünlüyündə həbs müddəti bitdiyi üçün azadlığa buraxılan R.Süleymanov bu gün polis bölməsinə aparılıb.

08:42

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar etdiklərinə görə həbs olunan tiktokerlərdən artıq azadlığa buraxılanlar var.

"Sako" ləqəbli Sadiq İsmayılov və "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə həbs müddətləri bitdiyi üçün sərbəst buraxılıblar.

Xatırladaq ki, Rövşən Süleymanzadədən narkotik vasitə olan marixuana aşkarlandığı üçün 45 sutka inzibati qaydada həbs edilmişdi. Sadiq İsmayılov da eyni ittihamla 60 sutka inzibati qaydada həbs olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru