Tramp ABŞ, Rusiya və Çinin nüvə arsenalını azaldacağını bildirdi

24-01-2025, 15:24           
Tramp ABŞ, Rusiya və Çinin nüvə arsenalını azaldacağını bildirdi
Amerika Prezidenti Donald Tramp Rusiya, ABŞ və Çinin nüvə arsenallarını azaltmaq istəyir və bunun üçün yaxşı şansın olduğuna inanır.

O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışarkən deyib.

“Biz nüvə arsenallarının azaldılmasını istərdik", - deyən Tramp qeyd edib ki, keçmişdə Rusiya dövlət başçısı Vladimir Putinlə “iki ölkənin nüvə arsenalının azaldılması”nı müzakirə edib. "Və Çin də razılaşacaq" - ABŞ lideri deyib.

"Beləliklə, biz nüvə arsenallarını azalda biləcəyimizi görmək istəyirik. Məncə, bu, tamamilə mümkündür", - Tramp əlavə edib. \\Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru