Alimlərdən sensasiyalı kəşf: Bakteriyaların cinsi həyatının sirləri

Bu gün, 16:38           
Alimlərdən sensasiyalı kəşf: Bakteriyaların cinsi həyatının sirləri
"Bakteriyalar cinsi çoxalmaya bənzər bir mexanizm vasitəsilə öz növlərinin genetik birliyini qoruyurlar".

Bu mikroorqanizmlərin çoxalması haqqında ənənəvi təsəvvürləri dəyişə biləcək sensasiyalı kəşf Corciya Texnologiya İnstitutunun (ABŞ) beynəlxalq tədqiqatçılar qrupuna aiddir. Onların tədqiqatlarının nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər İspaniyanın duzlu gölməçələrindən toplanmış "Salinibacter ruber" və Böyük Britaniyanın heyvandarlıq təsərrüfatlarından götürülmüş "Escherichia coli" bakteriyalarının 100-dən çox ştamını təhlil ediblər.

Müəyyən edilib ki, növ bütövlüyünün qorunmasında əsas rolu homoloji rekombinasiya prosesi - bakteriyalar arasında genetik materialın mübadiləsi oynayır. Bu proses zamanı yeni DNT genomunun oxşar hissələri dəyişdirilir. Tədqiqatçıların sözlərinə görə, bu proses heyvan və bitkilərdəki məhdud DNT mübadiləsindən fərqli olaraq, bütün genom boyunca bərabər şəkildə baş verir.

"Bu, digər orqanizmlərdə cinsi çoxalmadan fərqli olsa da, növün bütövlüyünün qorunması baxımından nəticə oxşardır", - deyə alimlərin araşdırmasında qeyd olunub.

Tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, eyni növdən olan bakteriyalar digər növlərlə müqayisədə daha çox DNT mübadiləsi edirlər ki, bu da növlər arasında aydın sərhədlərin formalaşmasına kömək edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.