Mehman Hüseynov azadlığa buraxılıb.

2-03-2019, 12:14           
Mehman Hüseynov azadlığa buraxılıb.
Mehman Hüseynov azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən Mehman Hüseynov cəzası başa çatdığı üçün bu gün azadlığa buraxılıb.

Xatırladaq ki, həbsindən əvvəl polis tərəfindən saxlanılan M. Hüseynov Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.