Ermənistanın Kassasiya Məhkəməsinin məsul vəzifəli şəxsinin mənzili qarət edilib

11-03-2019, 07:46           
Ermənistanın Kassasiya Məhkəməsinin məsul vəzifəli şəxsinin mənzili qarət edilib
Ermənistanın Kotayksk vilayətində külli miqdarda oğurluq hadisəsi baş verib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı şəhər sakini Abovyan David Tovmasyan polis bölməsinə müraciət edərək, naməlum şəxs və ya şəxslərin texniki vasitələrin tətbiqi ilə onun mənzilinin pəncərəsini açaraq içəri soxulduqlarını, bundan sonra qonaq otağından qızıl və gümüşdən olan bəzək əşyalarını, həmçinin pul oğurladıqlarını bildirib.

Hazırda istintaq bölməsində fakt üzrə materiallar hazırlanır. Mənbə bildirib ki, zərərçəkən D.Tovmasyan Ermənistanın Kassasiya Məhkəməsinin Satınalmalar Şöbəsinin rəisi işləyir.

Qeyd edək ki, bu Kotaysk vilayətində növbəti cinayət hadisəsidir. Belə ki, həmin vilayətdə oğul atanı xüsusi amansızlıqla qətlə yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru