Rusiyada azərbaycanlı, erməni və dağıstanlılar arasında atışma - Video

11-03-2019, 09:18           
Rusiyada azərbaycanlı, erməni və dağıstanlılar arasında atışma - Video
Volqoqrad yaxınlığındakı Frolovo şəhərində azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında kütləvi dava olub. Dava zamanı bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, silahlı insidentə dağıstanlılar səbəb olublar.

Onlar Frolovo şəhərində azərbaycanlı və ermənilərdən ibarət ailəyə məxsus mağazaya giriblər.

Münaqişə öncə iqtisadi xarakter daşıyıb. İlk atəşi dağıstanlılar açıb. Atəş nəticəsində mağaza sahiblərindən biri, milliyyətcə erməni olan E. ölüb. 3 nəfərin yaralandığı bildirilir. Onlardan ikisi dağıstanlı, biri isə zərərçəkən ailənin nümayəndəsidir.

Polis atışmada iştirak etmiş 4 Dağıstan vətəndaşını saxlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru