Terrora görə müsəlmanları günahkar bilən senatorun başına yumurta vuruldu – VİDEO
17-03-2019, 08:56
Yeni Zellandiyanın Krist Çürç vilayətində məsciddə baş verən terror aktına görə müsəlmanları günahkar bilən avstraliyalı senator Fraser Anningin başına yumurta vurulub. AzEuroNews.com xəbər verir ki, senator jurnalistlərə açıqlama verərkən bildirib ki, məsciddə baş verən terrorun səbəbi Avstraliya və Yeni Zellandiyada müsəlmanların çoxalmasıdır. Bu sırada senatora yaxınlaşan bir gənc əlindəki yumurtanı onun başına vurub. Hadisəyə şərh verən Avstraliyanın baş naziri Skott Morrison senatora etiraz edib və bu çıxışının iyrənc olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Yeni Zellandiyanın Krist Çürç vilayətində məscidə hücum edərək 49 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olan İsveç əsilli xristian milliyətçi 28 yaşlı Brenton Tarrant barədə təfərrüatlar üzə çıxıb. Belə ki, terrorçu Brenton hücum etdiyi silahların və özünün görüntülərini sosial şəbəkə hesablarında bu ilin fevral ayından paylaşmağa başlayıb. Radikal xrisitian terrorçu silahının üzərində “cəhənnəmə xoş gəlmisiniz” və səlib yürüşündə iştirak edən tarixi şəxslərin adlarını qeyd edib.