Azərbaycan içki ixracını 2,5 dəfəyə qədər artırıb

22-03-2019, 11:09           
Azərbaycan içki ixracını 2,5 dəfəyə qədər artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 4 096,56 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 483,75 min dollar və yaxud 2,5 dəfə çoxdur.

Bu ilin iki ayında içki ixracı ümumi ixracın 0,13%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 9 955,19 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 2 198,18 min dollar və yaxud 28,34% çoxdur.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mlrd. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru