NATO baş katibi Gürcüstanda

25-03-2019, 07:42           
NATO baş katibi Gürcüstanda
NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana iki günlük rəsmi səfərə gəlib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tbilisi aerportunda Stoltenberqi Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

Stoltenberq görüşlərinə sabahdan başlayacaq. O, Gürcüstanın baş naziri Mamuka Baxtadze, prezident Salome Zurabişvili və parlament sədri İrakli Kobaxidze ilə bir araya gələcək.

Bundan başqa, Stoltenberq Gürcüstanda keçirilən NATO – Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə gedəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru