Çempion Ramil Hacıyevin qardaşı dəhşətli qəzada öldü FOTO

25-03-2019, 17:01           
Çempion Ramil Hacıyevin qardaşı dəhşətli qəzada öldü  FOTO
Ukraynanın Odessa şəhərində "BMW” markalı avtomobil Qaqarin prospektində idarəetməni itirərək park edilmiş "Hyundai Sonata”yla toqquşub və elektrik dirəyinə çırpılıb. "Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, nəticədə "BMW”nin 33 yaşlı qadın sərnişini hadisə yerində, 22 yaşlı Şamil Hacıyev isə xəstəxanada dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, zərbənin gücündən avtomobil bir neçə dəfə havada fırlanıb və yanaraq hissələrə parçalanıb. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Şamil Hacıyev sahibkar Qəzənfər Hacıyevin oğlu, boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşıdır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.