Suriyada üç Rusiya hərbçisi ölüb

26-03-2019, 07:40           
Suriyada üç Rusiya hərbçisi ölüb
Fevral ayının sonunda Suriyada terrorçularla döyüş zamanı üç Rusiya hərbçisi həlak olub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, günorta avtomobil ilə Deyr-əz-Zorda yerləşən yaşayış məntəqələrindən birinə humanitar yardım aparmaqdan qayıdan hərbçilər yaraqlıların pusqusuna düşüblər. Nəticədə tərəflər arasında silahlı toqquşma olub. Döyüş zamanı rusiyalı hərbçilər itkin düşüblər.

Hadisə barədə məlumat daxil olduqdan sonra onların axtarışına başlanılıb. Nəticədə avtomobilə hücum edən yaraqlılar müəyyən edilib, həmçinin hərbçilərin öldüyü təsdiqlənib.

Hücumda iştirak edən 30 nəfərdən ibarət dəstə məhv edilib. Hərbçilərin cənazəsi Rusiyaya göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru