ABŞ-da "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib

27-03-2019, 07:27           
ABŞ-da "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib
ABŞ-da "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə Floridada, Orlando hava limanında qeydə alınıb. Hadisəyə səbəb təyyarənin mühərrikində yaranmış problem olub.

İndoneziya və Efiopiyada baş verən dəhçətli aviaqəzalardan sonra bu modifikasiya təyyarələrinə sərnişinlə uçmaq qadağan olunub. Eksperlər aviaqəzaların baş verməsində mühərriklərin nasazlığından yox, xəbərdarlıq sistemində çatışmazlıqların olmasından şübhələnirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru