Qarabağda erməni əsgər ölüb

27-03-2019, 09:43           
Qarabağda erməni əsgər ölüb
İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun bölmələrindən birində ölüm faktı qeydə alınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 18:40 radələrində Qarabağın şimal-şərq istiqamətində naməlum şəraitdə aldığı odlu silah yarasından 1998-ci il təvəllüdlü müddətli xidmət hərbi qulluqçusu Ara Qevorki Arakelyan ölüb.

Erməni KİV-ləri məlumatı dəqiqləşdirmək üçün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyana müraciət edib.

Hovhannisyan cavabında Ermənistan ordusunun bir itkisinin olduğunu təsdiqləyib. O, hadisənin detalları barədə başqa məlumatın olmadığını da əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru