ABŞ Aya insan göndərəcək

27-03-2019, 19:14           
ABŞ Aya insan göndərəcək
ABŞ prezidenti Donald Tramp NASA-dan Aya amerikalı astronavtların göndərilməsini tələb edib.

Bu barədə ABŞ vitse-prezidenti Mayk Pens “Twitter” hesabında məlumat verib.

“İndiki administrasiyanın bəyan etdiyi proqramın məqsədi – 2024-cü ilə kimi Aya amerikalı astronavtları qaytarmaqdır. Aya ayaq basmış ilk qadın və növbəti kişi amerikalı olacaq, onları Aya ABŞ torpağından ABŞ kosmik raketi daşıyacaq”, – deyə Pens yazıb.

Siyasətçi bildirib ki, Birləşmiş Ştatlar bu məqsədə çatmaq üçün federal büdcədən “nə qədər tələb olunsa, o qədər vəsait ayıracaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru