ABŞ-da daha bir "Boeing" təyyarəsi təcili eniş edib, zərərçəkənlər var - FOTO

30-03-2019, 08:22           
ABŞ-da daha bir "Boeing" təyyarəsi təcili eniş edib, zərərçəkənlər var - FOTO
ABŞ-ın paytaxtı Vaşinqtondan San-Fransiskoya uçan "United Airlines" aviaşirkətinin təyyarəsi ağır qoxuya görə Vaşinqtonun digər aeroportunda təcili eniş edib.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, təyyarə yerə sağ-salamat enib, amma təcili xidmətlərin əməkdaşları 7 sərnişini xəstəxanalara çatdırıb. Onlar və daha 10 nəfər uçuş ərzində ürək bulanmasından, sinə ağrısından və nəfəsalmanın çətinliyindən şikayət ediblər.

Şahidlərdən biri bildirib ki, salonda kəskin yanacaq qoxusu hiss edilib. İy uçuş müddətində daha da güclənib. Onun sözlərinə görə, daşıyıcı şirkət zərərçəkənlərə tibb xərclərini ödəyəcəyini söz verib.

Qeyd edək ki, bir neçə gün əvvəl də ABŞ-da "Boeing 737 MAX" təyyarəsi təcili eniş edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru